Elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində vətəndaşları oktyabrın 23-də qəbul edəcək. Nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinlərinin iştirakı nəzərdə tutulur.
Qəbulda yalnız əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər.