Azedu.az

Azərbaycanlı tələbələr üçün ödənişsiz təhsil imkanları - bu ÖLKƏLƏRDƏ

Elm və Təhsil Nazirliyi

2 Oktyabr 2025, 14:56
Azərbaycanlı tələbələr üçün ödənişsiz təhsil imkanları - bu ÖLKƏLƏRDƏ

Azərbaycan Respublikası bir sıra ölkələrlə təhsil sahəsində əməkdaşlığını genişləndirərək, tələbələr üçün müxtəlif ixtisaslarda təqaüd proqramları təklif edir. Bu proqramlar bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir, eyni zamanda tələbələrə xarici ölkələrdə təhsil və real iş təcrübəsi toplamaq imkanı yaradır.

AzEdu.az Hökumətlərarası Təqaüd Proqramlarının siyahısını təqdim edir.

Latviya:

2017-ci il iyulun 17-də Riqa şəhərində Azərbaycan və Latviya hökumətləri arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu saziş çərçivəsində Latviya vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd proqramı elan olunub. Təqaüdlər aylıq 500-700 avro arasında dəyişir və ingilis və latış dillərində təhsil imkanı verilir. Müraciət üçün tələb olunan sənədlər arasında qəbul məktubu, CV, motivasiya məktubu, akademik tövsiyə məktubları və dil sertifikatı var.

Çin:

Azərbaycan və Çin Xalq Respublikası arasında 13.04.2020-ci il tarixində imzalanmış saziş çərçivəsində tələbə mübadiləsi proqramı fəaliyyət göstərir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Çin dilində təhsil alan tələbələr bir illik hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edənlər isə müvafiq dil sertifikatına malik olmalıdır. Bakalavriat səviyyəsində təhsil yalnız Çin dilində mümkündür. Təhsil müddəti ixtisasdan asılı olaraq: bakalavriat - 4-6 il, magistratura - 2-4 il, doktorantura - 3-4 il.

Macarıstan:

2024-2026-cı illər üçün Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan tərəfi arasında “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq həyata keçirilir. Proqram çərçivəsində hər il 200 nəfərədək Azərbaycan vətəndaşı təqaüd alaraq bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil ala bilər. Təqaüd ödənişsiz təhsil, yataqxana, tibbi sığorta və aylıq maddi dəstəyi əhatə edir. Prioritet ixtisaslar: mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, turizm, səhiyyə və beynəlxalq münasibətlərdir.

Qazaxıstan:

Qazaxıstan proqramı çərçivəsində bakalavriat (3 yer), baza ali tibb təhsili (2 yer), magistratura (5 yer) və doktorantura (2 yer) üzrə kvotalar müəyyən edilib. Tədris dili qazax, rus və ingilis dillərindədir. Prioritet ixtisaslar: informasiya texnologiyaları, mühəndislik, kənd təsərrüfatı, incəsənət, humanitar və sosial elmlər, tibb sahələridir.

Rumıniya:

2004-cü il oktyabrın 11-də Rumıniya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. 2025/2026-cı tədris ili üçün Rumıniya Təhsil və Tədqiqat Nazirliyi Azərbaycan vətəndaşları üçün bakalavriat və magistratura üzrə 3 yer, doktorantura üzrə 2 yer təklif edir. Tədris dili rumın dilidir; doktorantura səviyyəsində ingilis və fransız dili ilə də təhsil mümkündür.

Rusiya - MGIMO:

2025-2026-cı tədris ili üçün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) Azərbaycan vətəndaşları arasında bakalavriat səviyyəsində tələbə qəbulu elan edib.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox