Ali təhsil müəssisələrinin əsas məqsədi fərdin peşəkar və şəxsi inkişafına əlavə dəyər yaratmaqdır.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışı zamanı deyib.
Nazir bildirib ki, ali təhsil müəssisələrinin missiyası hər bir fərdin inkişafına töhfə verməkdir. O vurğulayıb ki, bu məsələyə “bir formula hər kəs üçün keçərlidir” yanaşması doğru deyil:
“Biz sadəcə olaraq başqa ölkələrin təcrübəsini ya da hətta ölkə daxilindəki müəyyən nümunələri olduğu kimi kopyalaya bilmərik. Eyni sual üçün fərqli cavablar ola bilər”.
Emin Əmrullayev əlavə edib ki, siyasət baxımından ali təhsilin məqsədi sadə görünə bilər, lakin əslində məsələ xeyli mürəkkəbdir və diqqət yetirilməsi vacib olan bir sıra nəticələrə malikdir.