Azedu.az

Ötən tədris ilində "Son zəng" darıxdıcı idi - Emin Əmrullayev

Elm və Təhsil Nazirliyi

11 Sentyabr 2025, 13:20
Ötən tədris ilində "Son zəng" darıxdıcı idi - Emin Əmrullayev

Şəxsi fikrimdir ki, ötən tədris ilində keçirilən "Son zəng" tədbiri darıxdırıcı idi. 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib.

"Bir müəllimin səhvinə və cəmiyyətin buna olan reaksiyasına görə bütün məktəblərdə bu tədbirin təntənəli keçirilməsini ləğv etdik. Hazırda da bu tədbiri çərçivəyə salmışıq. Cəmiyyətin reaksiyası belə olmamalıdır. Doğrudur, bu yanlış addım idi. Ancaq uşağın etdiyi ən azından cinayət deyildi".

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox