Azedu.az

Nazirdən sərt TƏNQİD: özünü "təhsil eksperti" adlandıran şəxslərə cəmiyyət inanır

Elm və Təhsil Nazirliyi

11 Sentyabr 2025, 13:15
Nazirdən sərt TƏNQİD: özünü "təhsil eksperti" adlandıran şəxslərə cəmiyyət inanır

Özünü “Təhsil eksperti” adlandıran bəzi şəxslər təhsillə bağlı düzgün informasiya vermir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində bildirib.

Nazir qeyd edib ki, ictimaiyyətdə bəzi şəxslər özlərini “təhsil eksperti” kimi təqdim edir və cəmiyyət onları belə qəbul edir. Lakin yalnız təhsil mütəxəssisi rəsmi olaraq təhsil sahəsi ilə bağlı rəy verə bilər.

“Onların fəaliyyəti təhsili daha yaxşı edir mi? Nəticə olaraq, bir çox hallarda etmir. Adam çıxır bir rəy bildirir. Təbii ki, onların qaldırdığı problemlərlə razıyam. Amma həll yolu varmı? İnsanlar özlərinə ad qoyub. Biz buna nə edə bilərik?”,- deyə nazir əlavə edib.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox