Azedu.az

“McDonald’s Azərbaycan” TələbəPlus-a qoşulub

Elm və Təhsil Nazirliyi

11 Sentyabr 2025, 12:43
“McDonald’s Azərbaycan” TələbəPlus-a qoşulub

Təhsilin İnkişafı Fondu ilə “McDonald’s Azərbaycan” arasında TələbəPlus kartı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

TİF-dən AzEdu.az-a verilən məlumata görə, sənəd Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov və “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolski tərəfindən imzalanıb.

Əldə olunmuş razılaşmaya əsasən, “McDonald’s” restoranlarında TələbəPlus kartına sahib olan tələbələr 5% endirimdən faydalana biləcəklər. Endirim tələbələr tərəfindən restoranda ödəniş zamanı TələbəPlus kartını təqdim etməklə tətbiq olunacaq.

Elnur Nəsibov çıxış edərək vurğulayıb ki, TələbəPlus kartından 190 mindən çox tələbə istifadə edir və bu rəqəm davamlı olaraq artmaqdadır. O əlavə edib ki, tələbələr arasında “McDonald’s Azərbaycan” restoranlarından geniş istifadə nəzərə alınaraq, bu əməkdaşlıq tələbələrin sosial və maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addım kimi qiymətləndirilir.

Oskar Boqopolski bildirib ki, təhsilin inkişafının dəstəklənməsi “McDonald’s Azərbaycan” şirkətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, təhsilə və gənclərin rifahına yönələn təşəbbüslər şirkətin uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz tərkib hissəsidir.

Qeyd edək ki, eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı artıq 24 ali təhsil müəssisəsinə təqdim edilib. Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. TələbəPlus kartı sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox