2022-2025-ci illərdə keçirilən sertifikatlaşdırma imtahanlarında 80 mindən çox müəllim iştirak edib. 72 mindən çox müəllimlərim maaşlarına əlavələr tətbiq ediləcək.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.
Nazir qeyd edib ki, artıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri üzrə sertifikatlaşdırmanın hər iki mərhələsi yekunlaşıb.
"Digər fənlər üzrə sertifikatlaşdırma nəticələri isə belədir: biologiya fənni üzrə 3 544, kimya üzrə 2 572, fizika üzrə 3 629, coğrafiya üzrə 3 487, informatika üzrə isə 3 432 müəllim sertifikatlaşdırmadan keçib. Bu fənlər üzrə sertifikatlaşdırma prosesi hazırda ikinci mərhələdədir".