Azedu.az

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanı keçirilib

Elm və Təhsil Nazirliyi

10 Sentyabr 2025, 09:48
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanı keçirilib

Sentyabrın 9-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) I mərhələ seçmə imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, seçmə imtahanının nəticələrinə əsasən, ən yüksək bal toplamış 31 nəfər şagird hazırlıq dərslərinə cəlb olunacaq. Hazırlıq dərslərinin qrafiki barədə məlumat şagirdlərə əlavə olaraq təqdim olunacaq. Digər iştirakçılar isə öz nəticələrini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənə bilərlər.

Hazırlıq dərslərinə cəlb edilən şagirdlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

IJSO 2025 _I seçmə imtahan nəticələri

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox