Azedu.az

Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

Elm və Təhsil Nazirliyi

8 Sentyabr 2025, 14:30
Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start verilir.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, namizədlər //portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox