Azedu.az

EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

Elm və Təhsil Nazirliyi

18 Avqust 2025, 10:29
EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

Elmi fəaliyyətlə məşğul olan müəssisələrdə elmmetrik alətlərin tətbiqi, data əsaslı qərarvermə vərdişlərinin təkmilləşdirilməsinə və elmmetriya üzrə əməkdaşların analitik bacarıqlarının optimallaşdırılmasına dəstək məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Elsevier” şirkətinin nümayəndəsi arasında görüş keçirilib.

Agentlikdən AzEdu.az-a bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova universitetlərimizin qlobal reytinq göstəricilərindəki yüksəlişində bu tip təşəbbüslərin mühüm rol oynayacağını vurğulayıb. Şirkətin region üzrə meneceri Yasemin Solay isə “Elsevier”in elmmetrik və analitik həlləri barədə ətraflı təqdimatla çıxış edib.

Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələrinin mövcud akademik vəziyyəti, inkişaf potensialı, eləcə də qısa və uzunmüddətli akademik hədəfləri müzakirə olunub.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox