Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb.
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildiriblər.
Sonra dövlət təltifləri təqdim olunub.
Qeyd edək ki, nazirliyin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarov, Daxili nəzarət sektorunun baş məsləhətçisi Kamil Abdulbağıyev, Elm, ali və peşə təhsili şöbəsinin böyük məsləhətçisi Nüşabə Məmmədbəyova, Məktəbəqədər və ümumi təhsil şöbəsinin böyük məsləhətçisi Məlahət Müştaqova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.