Azedu.az

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitib

Elm və Təhsil Nazirliyi

11 İyul 2025, 14:49
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitib

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. 

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak üçün ümumilikdə 100 namizəd qeydiyyatdan keçib. 

Foto və video məzmun olmaqla 2 kateqoriyada keçirilən müsabiqədə iştirak üçün qeydiyyatdan keçənlərdən 31 nəfəri hər iki kateqoriya, 48 nəfəri foto, 21 nəfəri isə video kateqoriyası üzrə müraciət edib. 

Müraciət edənlərin seçimlərində “Yaradıcı təhsil mühiti”, “Bu günün şagirdi, sabahın qurucusu”, “Azərbaycan müəllimi” mövzularına daha çox üstünlük verilib. 

Müraciətlərin təhlilindən sonra müsabiqənin növbəti ( işlərin qəbulu) mərhələsində iştirak hüququ əldə edənlərə SMS vasitəsilə məlumat ötürüləcək. 

Qeyd edək ki,  Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
 
Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:
Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi Qaydaları

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox