Azedu.az

Sertifikasiya müəllimlərin maaş artımını sürətləndirib- RƏQƏMLƏR

Elm və Təhsil Nazirliyi

10 İyul 2025, 11:15
Sertifikasiya müəllimlərin maaş artımını sürətləndirib- RƏQƏMLƏR

Sertifikasiya prosesinin tətbiqindən sonra müəllimlərin əməkhaqlarında nəzərəçarpacaq artımlar qeydə alınıb.

AzEdu.az-nın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” tədbiri zamanı bildirib.

Nazirin sözlərinə görə, sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər hazırda 1320 manat əməkhaqqı alırlar. Bu imtahanda iştirak etməyən müəllimlərin maaşı isə 765 manat civarındadır. Hazırda ölkədə 1300-dən çox müəllim 2000 manatdan çox maaşla çalışır.

Emin Əmrullayev onu da əlavə edib ki, müəllimlərin orta aylıq əməkhaqqı 965 manat təşkil edir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox