Azedu.az

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

Elm və Təhsil Nazirliyi

30 İyun 2025, 13:21
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

24-29 iyun tarixlərində Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edərək 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıb.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər qızıl medal, Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Hüseyn Zeynalov və Fərrux Burzu gümüş medal, Şəki şəhəri Kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli bürünc medal qazanıblar.

Qeyd edək ki, qızıl medal qazanan şagirdimiz Fərhad İsgəndər olimpiadada təqdim edilən bütün tapşırıqları həll edərək mümkün 40 baldan maksimum nəticə, yəni 40 bal toplayaraq olimpiadanın “First of first” (“Birincilərin birincisi”) nominasiyasına layiq görülüb.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox