Biz gələcək üçün gənclərimizi hazırlamalıyıq. Bunun üçün müəllimlərin fəaliyyəti önəmlidir. Müəllimlər ana dili yaxşı bilməlidirlər. Buna görə də müəllər böyük önəm kəsb edir.
AzEdu.az xəbər verir ki, “Mirasa Sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” forumunda çıxışı zamanı elm və təhsil nazirinin müavinin Firudin Qurbanov deyib.
Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan dilində tədris aparılan 300 məktəb fəaliyyət göstərirdi. Bu barədə məlumat “Qərbi Azərbaycan məktəbləri” kitabında yer alıb.