Azedu.az

Nazir sertifikasiya suallarının çətinliyinə aydınlıq gətirdi

Elm və Təhsil Nazirliyi

24 İyun 2025, 12:33
Nazir sertifikasiya suallarının çətinliyinə aydınlıq gətirdi

Nazir imtahan suallarının çətinliyi ilə bağlı iddialara aydınlıq gətirib.

 

AzEdu.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev imtahan suallarının çətinliyi ilə bağlı yaranan narahatlıqlara münasibət bildirib.

 

Nazir qeyd edib ki, imtahanlarla bağlı sualların çətinliyi məsələsi daim müzakirə olunur. Lakin bu barədə yekun fikir söyləmək üçün yalnız fərdi yanaşmalara deyil, çətinlik səviyyəsini ölçən rəsmi meyarlara əsaslanmaq vacibdir:

 

“İllər üzrə təqdim olunan testlər bir-birindən fərqlənir və bu, sualların çətinlik dərəcəsində müəyyən fərqlərin yaranmasına səbəb ola bilər. Hazırda testlər yenidən yoxlanılır. Məqsəd obyektiv nəticəyə gəlməkdir. Əgər aparılan təhlillər nəticəsində testlər arasında ciddi çətinlik fərqləri müəyyən olunarsa, o zaman müvafiq qərarlar qəbul ediləcək”, – deyə nazir vurğulayıb.

SENSASİYA- İsrail İranla müharibəni uduzdu
Son xəbərlərDaha çox