Azedu.az

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində GÖRÜŞ

Elm və Təhsil Nazirliyi

18 İyun 2025, 10:03
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində GÖRÜŞ

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Yüksək Texnologiyalar Parkında (YT Park) görüş keçirilib. Görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və inzibati heyəti iştirak edib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşün əsas məqsədi YT Parkın fəaliyyət modeli ilə tanış olmaq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək və innovasiya ekosistemində ali təhsil və tədqiqat institutlarının daha fəal iştirakına dəstək vermək olub.

Görüş zamanı YT Parkın innovasiya və texnologiya yönümlü fəaliyyəti, elmi tədqiqatların kommersiyalaşdırılması, startaplara dəstək və texnologiya transferi sahəsində görüləcək işlər barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar. 

Görüş çərçivəsində nazirliyin əməkdaşları YT Parkın ümumi ərazisi, infrastrukturu və müasir laboratoriya imkanları ilə də yerində tanış olub, innovasiya fəaliyyətinin təşkili və texniki təminatı barədə ətraflı məlumat alıblar.

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox