Azedu.az

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Elm və Təhsil Nazirliyi

17 İyun 2025, 17:27
Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

İyunun 17-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasında səfərdə olan Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin müdir və rəhbər şəxsləri iştirak ediblər.
 

AzEdu.az xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox