Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu nun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.