Azedu.az

Xaricdə pulsuz təhsil almaq üçün nə etməliyik? - ARAŞDIRMA

Elm və Təhsil Nazirliyi

Xaricdə Təhsil

5 İyun 2025, 16:35
Xaricdə pulsuz təhsil almaq üçün nə etməliyik? - ARAŞDIRMA

Son illərdə Azərbaycan dövləti təhsilin inkişafı istiqamətində mühüm addımlar atıb, xüsusilə də gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasını təşviq edən müxtəlif proqramlar həyata keçirib.

 

Bu istiqamətdə həyata keçirilən əsas təşəbbüslərdən biri "2007–2015-ci illər üzrə Dövlət Proqramı", daha sonra isə "2022–2026-cı illər üçün Xaricdə Təhsil üzrə Yeni Dövlət Proqramı" olmuşdur. Məqsəd Azərbaycanın gələcək inkişafında aparıcı rol oynaya biləcək ixtisaslı, bilikli və qlobal düşüncə tərzinə sahib kadrların hazırlanmasıdır.

 

AzEdu.az gəncləri maraqlandıran suallarla bağlı Dövlət Proqramına göndərilən sorğu əsasında araşdırma yazısı hazırlayıb.

 

Belə ki, araşdırma yazısında dövlət proqramı çərçivəsində xaricdə təhsil almış və almaqda olan gənclərin təcrübələri, qarşılaşdıqları çətinliklər, əldə etdikləri uğurlar, həmçinin ölkəyə dönüşdən sonra cəmiyyətə inteqrasiyaları və karyera imkanları təhlil olunur.

 

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təsdiq edilmişdir.
 

Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib.
 

Bundan başqa, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

 

İlk növbədə bu proqrama qoşulmaq üçün tələbələr hansı keyfiyyətlərə sahib olmalıdır?



Dövlət Porqamına qəbul 2  mərhələdən ibarətdir. Bunlar sənəd qəbulu və müsahibə mərhələləridir.



“2022-2028-ci illər üzrə Dövlət Proqramı” na sənədlərin qəbulu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" Elektron Ərizə Sistemi portal.edu.az  (bundan sonra – elektron ərizə) üzərindən sənəd qəbulu həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər.



Sənəd qəbulu mərhələsində namizədlər hər üç təhsil səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə tələb olunan sənədləri toplayaraq portal.edu.az üzərindən müraciətlərini həyata keçirirlər. “2022-2026 Dövlət Proqramı”na müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı müvafiq elandan və Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair “2022–2026 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”larının 3.2.2-ci bəndindən əldə edilə bilər.

 

Müsahibə mərhələsində ekspertlər tərəfindən namizədin təhsil almaq istədiyi ixtisas üzrə bilik və bacarıqları, məntiqi mühakimə yeritmək və kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti qiymətləndirilir. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır.

 

Qeyd edək ki, proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 6 (altı) ay qalmış Elm və Təhsil Nazirliyinin və Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytında yerləşdirilir.


Burada hansı kriteriyalar əsas götürülür? Bakalavr, magistr eləcə də doktorantura üzrə təhsil müddəti neçə ildir?



Xüsusi kriteriyalar mövcud deyil.

 

Sadəcə tələb hər təhsil səviyyəsi üzrə tələb olunan sənədləri qaydalar çərçivəsində və doğru zamanda (sənəd qəbulunun son tarixinədək) təqdim edib təsdiq almaq kifayət edir. Daha sonra isə yuxarıda qeyd olunan kimi müsahibə mərhələsini də keçmək vacibdir.


Bu xaricdəki unuversitetlərə görə dəyişə bilirmi?



Burada da xüsusi bir kriteriya mövcud deyil. Sadəcə namizəd müraciət edən zaman  müvafiq siyahı üzərindəb seçim etməlidirlər. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində yalnız əyani təhsil maliyyələşdirilir.



Cari tədris ili üzrə təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır.

 

Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Nəticə etibarı ilə, siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer alır.
 

Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahələri əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.
 

Namizədlər, eyni zamanda, 2025-ci ilin “Times Higher Education” və "QS World University Rankings"  reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.


Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.


Ümumilikdə bu proqram çərçivəsində neçə tələbəmiz təhsil almaq hüququ qazanıb? (İllər üzrə statistik məlumat)



2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.



Digər illəri də nəzərə alsaq hazırda Dövlət Proqramı çərçivəsində 1041 Proqram iştirakçısı təhsilini davam etdirir.

 

“2022-2028 Dövlət Proqramı” haqqında

 

Azərbaycan Respublikasının Prezidentinin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təsdiq edilib.
 

Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib.
 

Bundan başqa, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
 

Ümumilikdə Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinə aid 198 ali təhsil müəssisəsi üzrə 278 bakalavriat, 974 magistratura səviyyəsində olmaqla, 1252 nəfər təhsil almaq hüququ qazanıb, 146 nəfər isə təhsili bitirərək Dövlət Proqramı məzunu olub.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox