Azedu.az

Emin Əmrullayevin iyunda keçirəcəyi vətəndaş qəbulları AÇIQLANIB

Elm və Təhsil Nazirliyi

26 May 2025, 12:49
Emin Əmrullayevin iyunda keçirəcəyi vətəndaş qəbulları AÇIQLANIB

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

Elm və təhsil naziri Emin Əmrullayevin vətəndaş qəbulu keçirəcəyi yerlər də həmin siyahıya daxildir.

AzEdu.az xəbər verir ki, qəbulun keçiriləcəyi yer Daşkəsən şəhəri, tarix isə 27 iyun olaraq müəyyənləşdirilib.

Əhatə olunan şəhər və rayonların isə Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Kəlbəcər olduğu qeyd olunur. 

Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox