Azedu.az

Şagirdlər üçün 6 günlük Yay Riyaziyyat Düşərgəsi keçiriləcək

15 May 2025, 11:37
Şagirdlər üçün 6 günlük Yay Riyaziyyat Düşərgəsi keçiriləcək

ABB-nin ABB Tech Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə 10-cu sinif proqramını uğurla bitirib 11-ci sinfə keçid etmiş şagirdlər üçün Qubada 6 günlük Yay Riyaziyyat Düşərgəsi təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, Yay Riyaziyyat Düşərgəsi 30 iyun – 5 iyul tarixlərində Qubada baş tutacaq.

Qəbul şərtləri:

  • 10-cu sinfi bitirmiş, 11-ci sinfə keçid almış şagirdlər;
  • A2-B1 səviyyə ingilis dili biliyi;
  • Riyazi düşüncə və məntiq;
  • İntensiv tədrisə hazırlıq;
  • Düşərgədə 6 gün iştirak imkanı. 

Son müraciət tarixi 5 iyun, saat 23:59-dur. Elə indi qeydiyyatdan keç, sən də unudulmaz yay təcrübəni bizimlə qazan!

Qeyd edək ki, seçim mərhələləri nəticələrinə əsasən şagirdlər təqaüdlü və ya ödənişli əsaslarla düşərgədə iştirak haqqı qazanacaqlar.

Yay Riyaziyyat Düşərgəsi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün linkə keçid edin.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox