Azedu.az

Nazir müavini Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

Elm və Təhsil Nazirliyi

1 May 2025, 09:33
Nazir müavini Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində London şəhərində keçirilən Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticari və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak edib. 
 

AzEdu.az xəbər verir ki, iclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını  məlumatlandırıb.
 

Həsən Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları və ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, elm və təhsil nazirinin müavini çıxışında STEAM təhsili və rəqəmsal qiymətləndirmə üzrə əməkdaşlıq imkanlarının araşdırılması, elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub. 
 

İclasda həmçinin ticarət, iqtisadi, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb və sonda Birgə Komissiyanın 7-ci iclasının protokolu imzalanıb. İclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər də öz əksini tapıb.

İsrail Azərbaycandan yardım istədi-ölkə YANIR
Son xəbərlərDaha çox