Azedu.az

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Elm və Təhsil Nazirliyi

22 Aprel 2025, 08:49
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Aprelin 21-də elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşları qəbul edib.

 

AzEdu.az xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

 

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox