Azedu.az

Bir neçə fənlər üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib

Elm və Təhsil Nazirliyi

21 Aprel 2025, 10:39
Bir neçə fənlər üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika və informatika fənləri üzrə təhsil proqramlarının (kurikulumların) təsdiqi barədə əmr imzalayıb.

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirib ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təkmilləşdirilib. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub. 

Qeyd edək ki, təsdiq edilən təhsil proqramları (kurikulumlar) əsasında yeni dərslik komplektləri hazırlanacaq.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox