Azedu.az

Elmi təşkilatlarımızda heç bir elmi məhsul istehsal olunmur - Nazir

Elm və Təhsil Nazirliyi

8 Aprel 2025, 11:16
Elmi təşkilatlarımızda heç bir elmi məhsul istehsal olunmur - Nazir

Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı deyib.

Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib:

"Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da o deməkdir ki, istənilən mövzuda olduğu kimi elmdə də maliyyələşmə önəmlidir".

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox