Azedu.az

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə qəbul davam edir

Elm və Təhsil Nazirliyi

1 Aprel 2025, 13:37
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə qəbul davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu davam edir.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, layihə sənədlərinin qəbulu 10 aprel 2025-ci il tarixinədək www.grants.edu.az saytı üzərindən həyata keçirilir.

Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox