Azedu.az

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Elm və Təhsil Nazirliyi

1 Aprel 2025, 11:49
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə AzEdu.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də baş tutacaq qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox