Azedu.az

Nazir: Dünyada azərbaycanlı alimlərin nüfuzu artır

Elm və Təhsil Nazirliyi

17 Mart 2025, 11:05
Nazir: Dünyada azərbaycanlı alimlərin nüfuzu artır

“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev rəsmi feysbuk hesabında qeyd edib.

 

Nazir qeyd edib ki, 2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub:

 

"Məqalələrin 325-i dünyada ən çox oxunan 10%, 85-i isə 1% elmi işlərin arasında yer alıb. Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir",- deyə nazir bildirib.156866

Ukraynanın Kursk əməliyyatı - Ruslar darmadağın edildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox