Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində İran İslam Respublikasına səfər edən elm və təhsil nazirinin müavini İdris İsayev fevralın 17-də Tehran şəhərində keçirilən 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib.
AzEdu.az xəbər verir ki, forum çərçivəsində nazir müavini Xəzəryanı ölkələrin elmi və texnoloji əməkdaşlığına həsr olunmuş 6-cı tematik sessiyada çıxış edib.
Nazir müavini çıxışında müasir elmi və texnoloji inkişafın əhəmiyyətini vurğulayaraq süni intellekt, yaşıl texnologiyalar və biotexnoloji tədqiqatlar sahəsində əməkdaşlığın vacibliyinə toxunub. Həmçinin Azərbaycan Respublikasının Xəzəryanı ölkələrlə elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib, COP29 çərçivəsində Xəzər dənizinin ekoloji vəziyyətinin araşdırılmasına dair xüsusi proqramın hazırlandığını bildirib.