Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.
AzEdu.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov qurultayda çıxışı zamanı qarşıda duran vəzifələri qeyd edib:
“Ali təhsil
*2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil Sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı;
*Ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəsisslərinin cəlb olunmsı yolu ilə təkmilləşdirilməsi;
*Ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi;
Peşə təhsili
*İxtisasların yenu məzmunu hazırlanması;
*Biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq mübnasibətlərinin qurulması və birgə proqramlarının həyata keçirilməsi;
*Qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi bvə tanınması mexanizminin hazırlanması və tətbiqi;
Pedaqoji kadrlar
*Müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi;
*Təcrübə komponentlərinin əhəmiyyətli şəkildə artırılması;
*Təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirilmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi;
Ümumi təhsilin məzmunu
*Ümumi təhsilin məzmunun beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına uyğunlaşdırılması;
*Əmək bazarının gələcək tələblərinin nəzərə alınması;
*İnnovasiyaların tətbiqi;
*Riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnikaŞ, süni intelekt, nano- texnologiyalat və bu kimi bir sıra innovativ məzmunun mumi təhsildə tətbiqi”.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.