Azedu.az

Qarabağ Universitetinin Şuşa və Xocalıda yeni fakültələri olacaq - Nazirdən AÇIQLAMA

Elm və Təhsil Nazirliyi

10 Dekabr 2024, 13:00
Qarabağ Universitetinin Şuşa və Xocalıda yeni fakültələri olacaq - Nazirdən AÇIQLAMA

Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının açılması nəzərdə tutulmur.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Hazırda Xankəndi şəhəri istiqamətində işlərimiz davam edir. 2025-ci ildən 2026-cı ilin sentyabr ayına qədər Qarabağ Universitetinin Musiqi və İncəsənət fakültəsinin, eləcə də Turizm fakültəsinin Şuşa şəhərində fəaliyyətə başlaması planlaşdırılır.

 

Ən yaxşı halda, 2026-cı ilin sentyabr ayında Kənd təsərrüfatı fakültəsinin Xocalı şəhərində açılması nəzərdə tutulur.

 

Bundan əlavə, Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının olması planlaşdırılmır" ,- deyə nazir fikrini tamamlayıb.

TƏCİLİ! Gözlər Ankarada - Türk dünyasına zərbə, yoxsa...
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox