Azedu.az

Naxçıvanda tədris- köməkçi heyət müsabiqəsinə 84 vakant vəzifə çıxarılıb

Elm və Təhsil Nazirliyi

3 Dekabr 2024, 15:18
Naxçıvanda tədris- köməkçi heyət müsabiqəsinə 84 vakant vəzifə çıxarılıb

Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan  psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb. 

AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata əsasən, müsabiqəyə  psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və  kitabxanaçı vəzifəsi üzrə 25,    katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb. 

Namizədlər vakant vəzifələrlə bağlı məlumatla aşağıdakı linklərdən tanış ola bilərlər. 

1. Psixoloq - //shorturl.at/aQ3Ql

2. Kitabxana müdiri, kitabxanaçı - //shorturl.at/5zbPa

3. Katib-makinaçı  -
 //shorturl.at/Xf9QY

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox