Azedu.az

Nazir müavini: Hər bir gəncin karyera planlanması olmalıdır

Elm və Təhsil Nazirliyi

3 Dekabr 2024, 10:35
Nazir müavini: Hər bir gəncin karyera planlanması olmalıdır

"Təhsil bütün proseslərin önündə durur".

AzEdu.az xəbər verir ki, bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində Elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

 

"Yeni ixtisaslar yeni tələblər ortaya qoyur. Dünya Bankının hesablamalarına görə, yaxın 10 il ərzində dünyanın 42%-i baş verən yeniliklər fonunda əmək bazarında yeniliyə cəlb olunacaq. Qlobal çağırışlar, yeni texnologiyaların tətbiqi bunu zəruri edir".

 

İdris İsayev qeyd edib ki, qlobal çağırışlar təhsil sisteminə təsir edir və yeni qiymətləndirmə alətlərindən istifadə edilməlidir:

 

"Əgər bu baş verməsə, gənclərin təhsildən əmək bazarına keçidi çətin olacaq. Təbii ki, burada işəgötürənlər də diqqətli olmalıdır. Hər bir gəncin özünün karyera planlanması olmalı, məqsədlərini müəyyən etməli, əmək bazarı düzgün təhlil edilməlidir".

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox