Azedu.az

Cari il sertifikasiyada neçə müəllim könüllü iştirak edib? - RƏSMİ CAVAB 

Elm və Təhsil Nazirliyi

22 Noyabr 2024, 14:45
Cari il sertifikasiyada neçə müəllim könüllü iştirak edib? - RƏSMİ CAVAB 

Bu il riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiya imtahanı keçirildi. Məlumdur ki, imtahanda 60 yaşdan sonra müəllimlər könüllü şəkildə iştirak hüququna malikdirlər.

Bəs, görəsən, bu il 60 yaşdan yuxarı neçə müəllim sertifikasiyada könüllü iştirak edib?

AzEdu.az Təhsil Portalı olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, cari ildə sertifikasiyada 60-dan yuxarı yaşı olan 2767 nəfər müəllim iştirak edib.

 

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox