Azedu.az

Elm və Təhsil Fondalarının fərqləri - Birləşdirilə bilərmi?

22 Noyabr 2024, 10:58
Elm və Təhsil Fondalarının fərqləri - Birləşdirilə bilərmi?

Ötən gün Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı 2025-ci il üçün elmə 244 milyon manat ayrıldığı qeyd edilib.

 

Eyni zamanda müzakirə əsnasında Elm və Təhsil Fondunun birləşdirilməsi də təkllif edildi.

 

Maraqlıdır, elm və təhsil fondunun birləşdirilməsi gələcəkdə mümkün ola bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, elm və təhsil birləşdirildiyi kimi Elm və Təhsil fondunu da birləşdirmək olar:

 

“Ötən gün bir çox məsələlər geniş formada müzakirə edildi. Əslində elm və təhsil Fondunun birləşdirilməsi məsələsi də səsləndirildi, amma burada bir neçə önəmli məqam var. Yəni bu fikri qaldıranlar onunla əsaslandırırlar ki, əgər elm və təhsil birləşdirilibsə, elm fondu da birləşdirilə bilər.

 

Bu iki fondun fəaliyyətləri fərqli istiqamətdədir. Yəni Elm fondu daha çox fərdi qaydada işləyir və vətəndaşların müəyyən mənada elmi tədqiqatlarını maliyyələşdirir. Təhsil fondu isə Elm və Təhsil Nazirliyinin xətti ilə işləyərək ali məktəblərdən bəzən vəsait alırlar. Bu vəsait yığılır və onun əsasında bir fəaliyyət qurulur.

 

Amma ümumi götürdükdə isə hər iki qurumun saxlanılmasına ehtiyac yoxdur. Eyni zamanda bu istiqamətdə biz daha çox elmi tədqiqatların maliyyələşməsi məsələsinə baxmalıyıq. Nazirlik yeni bir model tədqim etməyə çalışır. Hesab edirəm ki, gənc tədqiqatçılarla bağlı məsələni biz diqqətdə saxlamalıyıq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox