Azedu.az

İxtisas hazırlıqlarında yaşıl səriştələr nəzərə alınmalıdır -  NAZİR

Elm və Təhsil Nazirliyi

COP29 və Təhsil

12 Noyabr 2024, 14:38
İxtisas hazırlıqlarında yaşıl səriştələr nəzərə alınmalıdır -  NAZİR

İxtisas hazırlıqlarında yaşıl səriştələr nəzərə alınmalıdır və biz bununla bağlı işlərimizi davam etdirəcəyik.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, həm ətraf-mühit təhsili, həm də ətraf-mühitlə bağlı olan ixtisaslar “yaşıl peşələr” məsələsidir:


“ "Yaşıl peşə"lər dəyəndə, bəzən sual verirlər ki, təzə ixtisaslar açılacaq? Xeyr. Ətraf-mühit məsələsi mühəndislik turizm, mədən işi, müəllimlik kimi digər ixtisasların içində olmalıdır”.

Nazir xatırladıb ki, Azərbaycanın təhsil məzmununda "Həyat bilgisi" dərsində və s. yaşıl təhsillə bağlı müəyyən məqamlar var:


“Daha qlobal məqamda danışsaq, mütləq iki məsələni qeyd etməyim yerinə düşər. Biri, bilirsiniz ki, noyabrın 18-i COP29 çərçivəsində keçiriləcək "Ətraf-mühit savadlılığı çərçivəsi"nin hazırlanmasıdır. Bu, Azərbaycanın UNESCO və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə hazırlanıb”.

“Nəinki Azərbaycanda, hələ heç dünyada ətraf-mühit təhsilinin və ya savadlılığının ölçmə çərçivəsi yoxdur. Bu hazırlanır və mən inanıram ki, 2029-da bütün ölkələr buna qoşulacaq və biz burda kifayət qədər ciddi nəticələr görəcəyik", - deyə nazir vurğulayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox