Azedu.az

Azərbaycanda ali təhsil alanların sayı iki dəfəyə yaxın artıb

Elm və Təhsil Nazirliyi

24 Oktyabr 2024, 14:00
Azərbaycanda ali təhsil alanların sayı iki dəfəyə yaxın artıb

"20 il əvvələ nisbətən Azərbaycanda ali təhsil alan insanların sayı iki dəfəyə yaxın artıb".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məqsədimiz daha çox  azərbaycanlının ali təhsil almasına kömək etməkdir. Bu proses artan sürətlə davam edəcək. 

 2026-cı ilə qədər 75 min nəfərin ali təhsil almasına şərait yaradılacaq. 

Hazırda bu rəqəm 73-74 mindir, amma düşünürəm ki, 2026-cı ilə qədər 75 mini keçəcəyik. Çünki Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti, eləcə də bölgələrdəki universitetlərin qəbul planları var ki, onlar da ümumi rəqəmə təsir edir.

Daha çox regionlardakı ali təhsil müəssisələrinin universitet formatına düşməsini istəyirik. Onlar balaca - 1000 nəfərlik universitet olmasın”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox