Azedu.az

SAF- da yer alan ölkələrin sayı artıb - Nazir

24 Oktyabr 2024, 11:28
SAF- da yer alan ölkələrin sayı artıb - Nazir

"SAF-da heç kim məğlub olmur. Burada hamımız qalibik".

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında deyib.

 

O qeyd edib ki, SAF artıq 4 ildir keçirilir. 

 

“SAF regionda təhsil sahəsində ən çox dövləti, şagirdi cəlb etmiş tədbirdir.  Hər il bu zalda asılan xarici ölkələrin bayraqlarının sayı artır. Bu il 15 ölkədən olan komandalar, 11 ölkədən münsiflər heyəti olmaqla, ümumulikdə 26 ölkədən olan iştirakçılar buradadırlar.

 

Yaşıl SAF Elm və Təhsil Naziliyinin təşkil etdiyi ən böyük tədbirdir. Cənab Prezidentin təşəbbüsü ilə keçirilən tədbir həm də Azərbaycanda yenidən ətraf mühitə bağlı düzgün mövqeyin formalaşdırılmasına yardımçı olur".

 

Nazir qeyd edib ki, SAF-da heç kim məğlub olmur. Burada hamımız qalibik:

 

"Sevinirəm ki, hər il azərbaycanlı şagirdlər digər ölkələrdən olan yaşıdları ilə bir mühitdə yarışırlar”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox