Azedu.az

Təhsildə dəyişiklik etmək üçün buna hazır olmalıyıq

Elm və Təhsil Nazirliyi

8 Oktyabr 2024, 12:06
Təhsildə dəyişiklik etmək üçün buna hazır olmalıyıq

Təhsildə dəyişiklik etmək üçün ilk növbədə buna hazır olmalıyıq. 

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir:

 

"Bəzən dəyişiklik etməməyimizin səbəbi təhsilə aidiyyəti olmayan səbəblər olur. Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək".

 

E.Əmrullayev qeyd edib ki, müvafiq tələblərə cavab verməyən 5300 müəllimin əmək müqaviləsinə xitam verilib:

 

"Bunu böyük qürurla etmişik? Yox. Bu bizim üçün də ağrılı prosesdir. Çünki bu qədər müəllimin əmək müqaviləsinə xitam vermək heç də asan iş deyil. Amma biz başa düşürük ki, bunu etməliyik. Sonra daha gec olacaq".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox