Azedu.az

Nazir: Təhsildə məişət xarakterli müzakirələrdən kənara çıxmalıyıq

Elm və Təhsil Nazirliyi

4 Oktyabr 2024, 10:28
Nazir: Təhsildə məişət xarakterli müzakirələrdən kənara çıxmalıyıq

Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə yeni çağırışlar adlı V beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan müəllimi, təhsil sahəsində olan mütəxəssislərin üzərinə ciddi yük düşür ki, təhsil sahəsində olan məişət xarakterli müzakirələrdən peşəkar elmi-tədqiqatlara əsaslanan platformaya gətirə bilək.

"Dünyanın təhsil sistemlərinin oxşar problemləri var. Bu ümumi problemlər müzakirə ediləndə müxtəlif həll yolları ortaya çıxır. Hər ölkənin də, təbii ki, özünəməxsus kontekstə uyğun həlləri var. Azərbaycanda təhsilin məzmunu, tədrisin keyfiyyəti, müəllimin səriştəsi əsas məsələdir", - əlavə edib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox