Azedu.az

Bu qədər müəllimin maaşı ARTACAQ

Elm və Təhsil Nazirliyi

24 Sentyabr 2024, 14:42
Bu qədər müəllimin maaşı ARTACAQ

Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təkrar sertifikatlaşdırmadan keçmiş 3252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox