“Hazırda bəzi jurnalistlər sosial mediada yayılan neqativ informasiyaları mövzu halına gətirib, həmin xəbəri sensassiyaya çevirirlər”.
AzEdu.az xəbər verir ki, bu sözləri “ADA” Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib. Onun fikrincə, bəzi jurnalistlər sosial mediada yayılan neqativ informasiyaları mövzu halına gətirib, həmin xəbəri sensasiyaya çevirir və bununla da təhsillə bağlı yazdıqları məlumatları kifayət hesab edirlər:
“Hazırda dünya iqtisadi forumu 2025-ci il üçün on qabiliyyət meyarı elan edib. İş bazarında özünə yer tapmaq istəyən hər bir gənc bu meyarlara yiyələnməlidir: kritik, analtik, yaradıcı düşüncə tərzi, bundan əlavə, stressin idarə edilməsi, mürəkkəb problemlərin həll olunması, dayanıqlılıq və dözümlülük, səbrli olmaq və.s. Sadalanan qabiliyyətlərin hansı biri bizim tədris prosesində ortaya qoyulur? İctimayyət kimi kənardan mediaya baxdıqda bu nüansların heç birini görmürəm”.
Ş.Mehrəliyeva şagirdlərdə müşahidə olunan səbirsizliyin narahatlıq doğurduğunu bildirdi:
“Məktəbli gəncləri müşahidə etsək görərik ki, onlar çox səbirsizdilər, fokuslaşma qabiliyyətləri çox aşağıdır. Çünki günlərinin əksər hissəsini smart cihazlarla keçirirlər”.
“Azərbaycanı və onun yaxın gələcəyinin insan kapitalını, bugünkü durumunu təhsil vasitəsi ilə sabaha necə aparacağıq? Biz bunlara cavab axtarmalıyıq. Çox təəssüf ki, bugünkü mediada nəyinki bu mövzuların işıqlandırılması, hətta bu sualların qaldırılmasının belə şahidi olmuram”.