Azedu.az

Bu direktorlar işə qəbul üzrə esse mərhələsindən keçəcək  

23 Sentyabr 2022, 10:57
Bu direktorlar işə qəbul üzrə esse mərhələsindən keçəcək  

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlər //miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox