“Qiyabi təhsil alanlar çalışdıqları və maliyə imkanları olduqları üçün onlara kredit verilmir”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev Media və təhsil dialoqu 2022-də deyib.
O qeyd edib ki, qiyabi təhsil istiqamətində təhsil alanların sayı azdır:
”Mütləq şəkildə qiyabi təhsili alan şəxs işləyir və onun təhsil haqqını ödəmək imkanı olur, ona görə də biz bu təhsil növünü nəzərə almamışıq”.