2022-2026-cı illərdə ümumi təhsildə təmayüllərin, peşə təmayüllü siniflərin, inklüziv təhsilin əhatə dairəsi genişləndiriləcək və infrastruktur müasirləşdiriləcək. Dövrün sonuna peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisi 15 faizə ( hazırda 2,5 faizdir) çatdırılacaq.
AzEdu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.