Azedu.az

Niyə yalnız ibtidai sinif müəllimlərinin sertifikasiya tarixi məlumdur?- Bəs digər fənlər?

Elm və Təhsil Nazirliyi

14 İyul 2022, 14:43
Niyə yalnız ibtidai sinif müəllimlərinin sertifikasiya tarixi məlumdur?- Bəs digər fənlər?

 

 

Hazırda müəllimlərin əsas müzakirə mövzusundan biri də sertifikasiya prosesi ilə bağlıdır.

 

 

Belə ki, ibtidai sinif üzrə sertifikasiyanın keçirilməsi məlum olsa da, digər fənlər üzrə müsabiqəyə nə zamandan start veriləcəyi məlum deyil.

 

 

AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli müəllimləri narahat edən həmin məsələyə aydınlıq gətirib:

 

“Sertifikasiya hazırda işləyən müəllimlərin bilik və bacarıqlarını yoxlamaq üçündür. Lakin  onun ildə bir neçə dəfə keçirilməsi hazırda müzakirə mövzusu deyil. Fokuslandığımız əsas məsələlərdən biri ibtidai sinif üzrə sertifikasiya müsabiqəsinə başlamaqdır. Artıq  prosesə start vermişik, müəllimlərin siyahıya alınması  davam edir, kimlərin imtahana dəvət olunduğunu müəyyənləşdiririk. Test mərhələsindən öncə müəllimlərə xəbər veriləcək. Digər fənlər üzrə isə prosesin nə zaman başlanacağı ilə  bağlı məlumatı ictimaiyyətə çatdıracayıq”.

Rusiyadan ŞOK AÇIQLAMA - Türk birliyi dağıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox