"Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli sürülməli və nəticə əldə eldə edilməlidir".
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Real TV-də yayımlanan “Mirşahin vaxtı” verilişində deyib.
O, qeyd edib ki, bu, onun şəxsi qənaətidir:
“Təhsilin fundamental problemlərinin işıqlandırılması azlıq təşkil edir. Məktəblərdə şagirdlərin yüklənməsi olduqca vacib məsələdir və onun həlli üçün ciddi müzakirələrə ehtiyac var. Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli sürülməli və nəticə əldə eldə edilməlidir. Maarifləndirmə sahəsində düzgün çağırıışlara cavab vermək lazımdır”.