“Öz fənnini bilən müəllim sertifikasiyadan keçəcək”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “Hədəf”verilişində deyib.
O, qeyd edib ki, müəllimlərin həyəcanlanması normaldır: “Müəllim ən minimal mövzuları həll edə bilmirsə, bu ciddi problemdir. Hətta bir illik ona vaxt da veririk. Lakin bu il ərzində özünü doğrultmursa, bu, şagirdlərin həyatına birbaşa təsir edəcək”.