Müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi çərçivələşdiriləcək.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırma tədbirində nazirliyin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O qeyd edib ki, müsahibə mərhələsi ilə bağlı çərçivə sənədi hazırlanır: "Sənəd yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək".